...Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyada ən gəlirli sahələrdən biri hesab edilən neft ticarəti marşrutu ödənişlərin dollardan başqa valyutalarda olması ilə bağlı problemlər səbəbindən ciddi çətinliklərlə üzləşib.
Və belə görünür ki, hələlik bunun qısamüddətli həll yolu yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” yazıb.
Qeyd edildiyi kimi, uzun illər ABŞ dolları beynəlxalq neft ticarəti üçün əsas valyuta rolunu oynamış və alternativ tapmaq cəhdləri konvertasiya çətinlikləri eləcə də siyasi maneələrlə üzləşmişdir.
Xatırladaq ki, iyul ayında avropalı müştərilər Rusiya neftindən imtina etdikdən sonra Rusiyadan dəniz neftinin ən böyük istehlakçısına çevrilən Hindistan rupi ilə ödəniş etməkdə israr etdikdə vəziyyət daha da pisləşdi.
Onu da qeyd edək ki, həmən ərəfədə vəziyyətlə tanış olan üç mənbəyə görə, ticarət fəaliyyəti faktiki olaraq dayandırıldı.\
Anonim qalmağa üstünlük verən qeyri-rəsmi mənbələr Rusiyadan gələn neft tədarükçülərinin Hindistan rupisi ilə əməliyyatlara girməkdə maneələrlə üzləşdiyi barədə məlumat yayıblar. Bu onunla bağlıdır ki, Rusiya Mərkəzi Bankı qeyri-rəsmi göstərişlərə əsasən, bu valyutanı qəbul etməyir.
Rusiya mərkəzi bankı ilə sıx əlaqələri olan bir rus bank mənbəsi Hindistandan kənarda məhdud dəyəri olan konvertasiya olunmayan valyutada gəlir əldə etməyin “ağılsızlıq” olduğunu bildirib. Başqa bir mənbəyə görə, Hindistandan idxal cüzi olduğu üçün Rusiyanın rupi xərcləmək imkanları məhduddur.
Təxminən avqustun ortalarında Rusiyanın ən azı iki böyük neft şirkəti Hindistana gedən bir milyon tona qədər neft daşıyan onlarla tankeri başqa istiqamətlərə yönləndirməklə hədələyiblər.
Hindistan müqavilələri ilə bağlı münaqişənin müvəqqəti həlli kimi, yüklər Çin yuanı, yuana keçid valyutası kimi Honq-Konq dolları və BƏƏ dirhəmi ABŞ dolları ilə birləşdirilərək ödənildi.
Bununla belə, mənbələr dollara uyğun alternativ tapmaq probleminin qaldığını və problemlərin Rusiya neftinin ən böyük alıcısına çevrilmiş Afrika, Çin və Türkiyədəki alıcılara təsir etdiyini bildirib.
...Yeri gəlmişkən, qeyd edək ki, dövlətin iştirakı ilə 40-dan çox Rusiya şirkəti Qərbin sanksiyalarının tətbiqindən yayınmaq üçün öz fəaliyyətləri haqqında məlumatları məxfiləşdirmək hüququ əldə edib. Belə şirkətlərin siyahısı Rusiya prezidenti Vladimir Putinin 27 noyabr 2023-cü il tarixli fərmanında yer alıb...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB