...İl ərzində Türkiyə ikili təyinatlı məhsulların ixracını üç dəfə artırıb ki, bu da Vaşinqtonun Rusiya hərbi sənayesi üçün kritik əhəmiyyət daşıdığını düşünür. Çox güman ki, söhbət Qərbin sanksiyalarından yan keçməklə Moskvaya tədarükdən gedir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” yazır.
Materialda deyilir ki, 2023-cü ilin ilk 9 ayında Türkiyə 158 milyon dollarlıq bu cür mallar ixrac edib. Söhbət istehsal edən ölkələrdə ixrac nəzarətinə düşən 45 növ avadanlıqdan gedir. Qeyd edək ki, bunlar mikroçiplər, rabitə vasitələri və atıcı silahlar üçün optik nişangahlardır.
Türkiyədəki gömrük statistikası belə məhsulların Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistana tədarükünün kəskin artdığını göstərir. Lakin bu ölkələrin statistik hesabatlarında idxalda ciddi artım qeydə alınmır.
Bu o deməkdir ki, mallar əslində Moskvaya göndərilir və ya göndərilə bilər?
Məsələn, Türkiyənin Qazaxıstana ikili təyinatlı mal ixracı 66 milyon dollar artıb. Amma Astana statistikasına görə artım cəmi 6 milyon dollar olub.
Yeri gəlmişkən bu həftə ABŞ hökumətində ixrac məhdudiyyətlərinin pozulmasının monitorinqinə cavabdeh olan ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson ikinci dəfə olaraq Ankaraya səfər edəcək.
Onu da qeyd edək ki, Avropa İttifaqı, öz növbəsində, ikili təyinatlı avadanlıq təchizatçılarını ixrac istiqamətlərinə daha diqqətlə nəzarət etməyə və onlara çatdırılma məbləğinə görə sığorta depozitləri ilə təminat verməyə məcbur etmək istəyir. Rtiraf edilməlidir ki, belə bir tədbir Avropa Komissiyasının 12-ci sanksiyalar paketi ilə bağlı təkliflərində yer alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB