“Gülümsəyin, çünki sizə sağ qalmaq qismət olub...”

“Gülümsəyin, çünki sizə sağ qalmaq qismət olub...”

Ukrayna Silahlı Qüvvələrinin “Skala” könüllü batalyonunun əsgərləri dörd rus hərbçisini əsir götürüblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə bölmənin mətbuat xidməti “Tik Tok” sosial şəbəkəsindəki öz səhifəsində müvafiq video yayımlayıb.

Beləliklə, videoda kənd evinin bünövrəsində əlləri boş, üzləri açıq vəziyyətdə üç rus oturub, biri isə ayaq üstə dayanıb. Yaralı rus əsgərinə isə tibbi yardım göstərilib.

Deyilənlərə görə, videonu çəkən hərbçi əsir götürülmüş ruslara gülümsəməyi təklif edib, çünki onlara sağ qalmaq qismət olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə