İsveçdən  Finlandiyaya dəstək

Stokholm Helsinkinin Rusiya ilə sərhəddə nəzarət-buraxılış məntəqələrini bağlamaq tədbirlərini dəstəkləyib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib.

Onun sözlərinə görə, Stokholm “Helsinkinin təkcə Finlandiya sərhədini deyil, həm də Avropa İttifaqının xarici sərhədini qorumaq üçün gördüyü tədbirləri güclü şəkildə dəstəkləyir”.

İsveçin baş naziri qeyd edib ki, Finlandiyanın şərq sərhədində köməyə ehtiyacı olarsa, İsveç kömək edəcək.

O, İsveçin NATO-ya üzvlüyünə də münasibət bildirib və bunun baş verəcəyinə əminliyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Finlandiya hökumətinin başçısı Petteri Orpo ölkəsinin nəzarətsiz miqrant axını ilə əlaqədar Rusiya Federasiyası ilə sərhəddə yeni məhdudiyyətlər hazırladığını açıqlamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə