"Karker Andok" zərərsizləşdirildi

O, təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı əlindən və gözündən yaralanıb
"Karker Andok" zərərsizləşdirildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı – MİT separatçı terror təşkilatı PKK/YPG-nin qondarma Aynularab (Kobani) zabiti, "Karker Andok" kod adlı Mutlu Kacarı Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, 1997-ci ildə terror təşkilatına qoşulan və 2009-cu ildə İraqın Haftanin bölgəsində terror aktları törədən Kacar təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı əlindən və gözündən yaralanıb.

Uzun müddətdir təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən və yeri Suriyada təsbit edilən Mutlu Kacar MİT-in təşkil etdiyi əməliyyatla zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə