Gürcülər Rusiya əleyhinə qətnaməni qeydə almaqdan imtina etdilər?
Gürcüstan parlamentinin Bürosu müxalifət partiyası “Lelo” tərəfindən irəli sürülən, ölkənin “de-rusizasiya konsepsiyası”nı təklif edən qətnaməni qeydə almaqdan imtina edib.
Qeyd edək ki, SİA-nın bundan əvvəl də xəbər verdiyi kimi, bu qətnamə Rusiya Federasiyası vətəndaşları üçün Gürcüstanda viza rejimi tətbiq edir və işləmək eləcə də daşınmaz əmlak almaq hüquqları məhdudlaşdırırdı.
...Təqdim olunan qətnamə layihəsində viza rejiminin tətbiqi, məşğulluq, torpaq və daşınmaz əmlakın satışı, avtomobillərin hərəkəti, tenderlərdə iştirak, rüsumlar, vəsaitlərin eləcə də televiziya yayımının qadağan edilməsi ilə bağlı maliyyə təsirləri dəqiq müəyyən edilməyib.
Qeyd edək ki, bu barədə parlamentin büdcə ofisinin rəhbəri Andria Quidiani bildirib.
Parlamentari həmçinin Gürcüstanın büdcə məcəlləsinə zidd olduğunu əsas gətirərək, qətnamə layihəsinin sonrakı müzakirələr üçün qeydiyyata alınmasının məqsədəuyğun olmadığını bildirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifət partiyası Lelo tərəfindən irəli sürülən ölkənin “de-rusizasiya konsepsiyasını” dəstəklədiyini bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB