...Yeri gəlmişkən, noyabrın 26-na keçən gecə Moskvaya pilotsuz təyyarənin hücumunun qarşısını almağa çalışan rus hərbçiləri “Pantsir-S” zenit-raket kompleksi ilə Moskva vilayətindəki yaşayış binasını vurublar.
SİA xəbər verir ki, bu barədə korrespondent.net Rusiyanın Astra Telegram kanalına istinadən məlumat yayıb.
Telekanalın mənbələrinin məlumatına görə, noyabrın 26-da saat 03:30-da “Pantsir-S” zenit-raket kompleksi Odintsovo şəhər rayonunun Kubinka qəsəbəsindəki Çastsı kəndindəki yaşayış evinə çırpılıb.
Verilən məlumata görə, ikimərtəbəli taxta evə ciddi ziyan dəyib. Hadisə yerində yanğın baş verib, yanğını ev sahibləri tərəfindən söndürülüb. Ölən və yaralananların olmadığı deyilir.
Xatırladaq ki, Moskva meri Sergey Sobyanin noyabrın 26-na keçən gecə Moskvaya iri pilotsuz təyyarə hücumu edildiyini bildirmişdi. İddiaya görə, hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan Naro-Fominsk bölgəsində və Odintsovo şəhər rayonunda pilotsuz təyyarələri vurublar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB