Yaponiyanın İbaraki prefekturasında fermada quş qripi yaranıb. SİA xarici mənbələrə istinadən bildirir ki, ötən həftə Yaponiyanın Saqa əyalətindəki fermada quş qripinin H5 mutasiyası aşkar edildikdən sonra epidemiya ölkənin başqa əyalətinə də keçib.
İbaraki əyalət administrasiyasından verilən açıqlamada, Kəsəmə şəhərindəki quşçuluq fermasında kütləvi quş qripinə yoluxma hallarının aşkarlandığı bildirilib. Müəssisədə ölü tapılan toyuqlar üzərində aparılan testlərdə quş qripinin H5 mutasiyasının aşkar edildiyi qeyd edilərkən, 72 min ev quşunun məhv ediləcəyi bildirilib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno mövzu ilə bağlı verdiyi açıqlamada epidemiyanın daha böyük bölgələrə yayılması ilə bağlı narahatlıqların olduğunu ifadə edərək, hökumətin kütləvi quş qripi hadisələrini böhranla mübarizə məsələsi kimi qəbul etdiyini vurğulayıb.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB