Türkiyədə dəhşətli qəza olub

Türkiyənin Sivas şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sivasın Yıldızeli bölgəsində hərəkətdə olan sərnişin avtobusu hərəkətsiz dayanmış xarici nömrəli yük maşınını arxadan vurub.

Qəzada avtobusun yataq qismində istirahət edən, ehtiyatda olan kapitan sıxışaraq həyatını itirib. İki sərnişin isə yaralanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə 112 və polislər cəlb edilib. Həyatını itirən ikinci sürücünün adı Ali Rza Çiçek olub.

Yaralılar təcili yardım maşınları ilə Yıldızeli dövlət xəstəxanasına çatdırılaraq müayinə olunublar. Polis qəzayla bağlı istintaq başladıb.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə