Türkiyənin Uludağ vilayətində ayılar vətəndaşlara hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təbiətdə 3-7 ay arasında qış yuxusuna gedən, noyabr və dekabr aylarında yatıb mart və apreldə oyanan ayılar qış yuxusunu unudublar. Belə ki, üç ayı ailəsinin gözünü yuxu tutmayıb. Türkiyə qış turizminin önəmli mərkəzlərindən olan Uludağda qış yuxusuna gedə bilməyən ayılar yaşayış yeri olan Sarıalana qədər gəlib yemək axtarıb.
Meşədə yemək tapa bilməyən ayılardan biri qarda özünü videoya çəkən turistlərə hücum edib. O anların hər saniyəsi qeydə alınıb. Ayılar daha sonra ərazidəki restoran sahibləri tərəfindən çörəklə yemlənib.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB