Ölkənin ən ağır körpəsi dünyaya gəlib

Ölkənin ən ağır körpəsi dünyaya gəlib

İranın Məşhəd şəhərində ana yüksək çəkidə körpə dünyaya gətirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, körpənin normadan artıq çəki ilə dünyaya gəlməsinin səbəbinin ananın şəkər xəstəliyinə tutulması ola biləcəyi təxmin edilir.

İran dövlət televiziyasına danışan Məşhəd Rezevi Xəstəxanasının ginekologiya və doğum mütəxəssisi dr. Nigar Ramazanpur mövzu ilə bağlı məlumat verib. O, 4 gün əvvəl dünyaya gələn körpənin 7 kiloqram olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə