Netanyahu İsrail əsgərləri ilə görüşüb

Netanyahu İsrail əsgərləri ilə görüşüb

Oktyabrın 7-də başlayan İsrail-Həmas qarşıdurması noyabrın 24-də qüvvəyə minən “humanitar fasilə” ilə dayandırılıb. İsrailin baş naziri Netanyahu Qəzzanın şimalında İsrail əsgərləri ilə görüşərək, azad edilən hər 10 israilli məhbus üçün "humanitar fasilə"nin bir gün uzadılacağını bildirib. SİA xarici mənbələrə istinadən bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS tərəfindən azad edilən hər 10 israilli məhbus üçün münaqişədəki "humanitar fasilənin" bir gün uzadılmasını "müsbət hesab etdiyini" açıqlayıb.

İsrail baş naziri X sosial media hesabında yayımlanan videomüraciətində Netanyahu ABŞ prezidenti Co Baydenlə telefonla danışdığını bildirib.

ABŞ prezidenti Co Baydenə "Bu çərçivə bitdikdən sonra məqsədlərinə çatmaq üçün bütün gücləri ilə geri dönəcəklərini" çatdırdığını vurğulayan İsrail Baş naziri hədəflərini "Həması məhv etmək, Qəzzanın əvvəlki halına geri dönməyəcəyinə əmin olmaq və İsrailli əsirləri geri gətimək" olaraq sıralayıb.

Digər tərəfdən İsrailin baş naziri Benyamin Netanyahu dünən axşam saatlarında işğal altındakı Qəzza zolağının şimalına gedərək orada İsrail əsgərləri ilə görüşüb. Burada İsrail əsgərlərinə xitabən Netanyahu, "Sona qədər, "qələbəyə" qədər davam edəcəyik. Heç kim bizə mane ola bilməyəcək" deyib.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə