Hindistanın Kerala ştatında keçirilən musiqi festivalı faciə ilə bitib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Elm və Texnologiya Universitetində açıq havada keçirilən musiqi festivalında başlayan yağışdan sonra sığınacaq tapmağa çalışan hindlilər izdiham yaradıb.
İzdihamda 4 nəfər ölüb, 5-i ağır olmaqla 60-dan çox insan yaralanıb. Əyalət səhiyyə naziri Veena Corc hadisədən sonra universitetə 100-dən çox təcili yardım maşınının göndərildiyini və 5-i ağır yaralanan 56 yaralının xəstəxanada müalicə olunduğunu bildirib.
Baş nazir fəlakətlə bağlı araşdırma aparılmasına göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB