“Meta”nın mətbuat katibi axtarışa verildi

“Meta”nın mətbuat katibi axtarışa verildi

“Meta” korporasiyasının mətbuat katibi Endi Stoun Rusiyada axtarışa verilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında məlumat yer alıb.

“Stoun Endi Mark Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - məlumat bazasında deyilir.

Axtarışın hansı maddə ilə aparıldığı qeyd edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə