Ukrayna Silahlı Qüvvələri qəfil hücuma keçə bilər..?

Ukrayna Silahlı Qüvvələri qəfil hücuma keçə bilər..?

Bu gün Vladimir Putin rus ordusunun qarşısına Avdeevkanı, Kupyanski tutmaq və Xarkov vilayətində daha da irəliləmək, habelə Baxmut yaxınlığında Ukrayna qoşunlarını geri oturtmaq vəzifəsini qoyub.

Təbii ki, bu nəticələr ona Rusiya Federasiyasında seçkilər ərəfəsində lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna ordusunun generalı, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Nikolay Malomuj “Kanal 24”-ə danışarkən deyib.

...Amma ukraynalı müdafiəçilər düşmənin böyük ehtiyatlarını və qüvvələrini məhv edir və bununla da rusların geri çəkilməsi üçün ilkin şərait yaradırlar.

Bunu deyən ukraynalı ekspert əmindir ki, Rusiya Federasiyasının Avdeevka və Baxmut yaxınlığındakı uğursuzluqları Putinin nüfuzuna və onun hücum əməliyyatlarında uğuru haqqında əfsanələrinə təsir edəcək.

Generalın sözlərinə görə, eyni şey cənubdakı əməliyyatlara da aiddir. Belə ki, burada işğalçılara bir neçə cəbhəni saxlamaq üçün böyük resurs lazımdır, təbii ki, düşmənin resursu var, lakin bununla məhdudlaşır.

...Biz təkcə müdafiə və hücum hərəkətləri deyil, həm də strateji və diversifikasiya istiqamətlərində qeyri-standart əməliyyatlar aparmalıyıq. Ancaq bunun üçün uzaq mənzilli raketlər, bir milyona qədər müxtəlif növ sursat, elektron döyüş sistemləri, minalardan təmizləmə və əlavə zirehli maşınlar əldə etməliyik.

Malomuja görə, bu dəst yaxın bir neçə ay üçün lazımdır ki, biz qış və yaz aylarında strateji əməliyyatlara başlaya bilək.

...O zaman Putin seçkilərdə uğursuzluğa düçar olacaq - həm siyasi, həm də cəbhədə uduzacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə