ABŞ Ukraynanı ilin sonuna qədər hərbi yardımsız tərk edəcək?

ABŞ Ukraynanı ilin sonuna qədər hərbi yardımsız tərk edəcək?

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçici Komitəsinin sədri Mayk Turner, Vaşinqtonun 2023-cü ilin sonuna qədər yeni hərbi yardım paketi olmadan Ukraynanı tərk edəcəyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə NBC News-a müsahibəsində danışıb.

“...Düşünürəm ki, bu ilin sonuna qədər bunu etmək (yəni Kiyevə yeni yardım paketi təqdim etmək-A.B.) çətin olacaq”, - deyən konqresmen bildirib ki, mövcud çətinliklər ABŞ-ın Meksika ilə sərhədində təhlükəsizlik vəziyyəti ilə bağlıdır.

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson ukraynalıların sərt qış və şiddətli şaxtalarda elektrik və istilikdə daimi fasilələr səbəbindən ölkə prezidenti Vladimir Zelenskinin istefasını tələb edəcəklərini proqnozlaşdırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə