ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Fələstin HƏMAS hərəkatı başqa ölkələrdən girovları azad edib, lakin heç bir amerikalını geri qaytarmayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyasətçi bu barədə noyabrın 26-da Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp hesab edir ki, HƏMAS-ın bu davranışı ABŞ və onun rəhbərliyinə hörmətsizlikdən xəbər verir. O vurğulayıb ki, bu, Amerika üçün çox kədərli bir zamandır.
...HƏMAS başqa ölkələrdən olan insanları geri qaytardığı halda hələ ki, bir amerikalı girovu belə geri qaytarmayıb. Bunun bircə səbəbi var - nə ölkəmizə, nə də rəhbərliyimizə hörmət yoxdur. Bu, Amerika üçün çox kədərli və qaranlıq bir dövrdür.
ABŞ-ın keçmiş prezidenti yazıb bunu.
Qeyd edək ki, Qəzza zolağından azad edilən 17 girovun təhvil verilməsi ilə bağlı İsrail Müdafiə Qüvvələrinə Qırmızı Xaç Cəmiyyətindən məlumat daxil olduğu daha əvvəl bildirilmişdi. Qrupda 14 israilli və üç əcnəbi var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB