Bundan əvvəl adam öldürməkdə təqsirli bilinən keçmiş polis zabiti Derek Şovin bıçaqlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Arizona həbsxanasında yaşanıb. Belə ki, keçmiş polisi öz kamera yoldaşı bıçaqlayıb.
Və həbsxana əməkdaşları onun həyatını xilas etmək üçün tədbirlər görüblər.
Qeyd edək ki, 47 yaşlı Derek Şovin Corc Floyd adlı birinin qətlinə görə 22 illik həbs cəzasını çəkmək üçün 2022-ci ilin avqustunda maksimum rejimli Minnesota həbsxanasından Tucsondakı Federal İslah Müəssisəsinə göndərilib.
O, həmçinin Floydun mülki hüquqlarını pozduğuna görə eyni vaxtda 21 il həbs cəzasına məhkum edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB