Fransa Qazaxıstan və Özbəkistana öz “Rafale” qırıcılarını təklif edir. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “La Tribune” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Fransanın “Dassault Aviation” şirkəti bu istiqamətdə “bir neçə aydır” işləyir, Qazaxıstan və Özbəkistan isə...deyəsən “Rafale” qırıcıları ilə maraqlanmağa başlayıblar.
“La Tribune” nəşrinin qeyd etdiyi kimi, Özbəkistan 24-ə qədər döyüş təyyarəsi ala bilər. Eyni zamanda, qəzetin qeyd etdiyi kimi, ola bilsin ki, Daşkənd başqa ölkələrdə istehsal olunan təyyarələrə də baxsın.
Qazaxıstan da döyüş təyyarələri parkını yeniləmək niyyətindədir, nəşr yazır, lakin bu ölkəyə “Rafale” qırıcılarının tədarükü perspektivləri “daha uzaq görünür”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB