Yəmən sahillərində İsrail şirkətinə məxsus tanker ələ keçirilib
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Central Park” tankerinin operatoru “Zodiac Maritime” şirkətidir.
Gəminin dəniz quldurları tərəfindən ələ keçirildiyi istisna olunmur. Gəminin heyət üzvləri arasında Rusiya, Vyetnam, Bolqarıstan, Hindistan, Gürcüstan və Filippin vətəndaşları var. Tanker fosfor turşusu daşıyır?
Bu arada ABŞ Hərbi Dəniz Qüvvələri gəminin qaçırıldığı barədə məlumat alıb. Ehtimal ki, onlar onun azadlığa buraxılması üçün tədbirlər görmək niyyətindədirlər. Yeri gəlmişkən ABŞ ordusu "gəmilərdən bu ərazidən uzaq durmağı xahiş edib".
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB