Rus hərbçiləri “ət hücumlarına” göndərilirlər...

Rus hərbçiləri “ət hücumlarına” göndərilirlər...

Artıq qeyd edildiyi kimi, Ruslar Avdeevkaya üçüncü hücum dalğasına başlayıblar.

Bəzi iddialara görə, rus komandanlığı rus hərbçilərini “ət hücumlarına” göndərirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Milli Qvardiyasının ehtiyatda olan mayoru Aleksey Getman “Espresso” telekanalında danışıb.

...Onlar hücumun üçüncü dalğasına başlayıblar. Birinci və ikinci dalğalar zamanı cinahlara, yəni Severnoye, Pervomaiskoye, Vesveye, Kamenka vasitəsilə hücumlar olurdusa. İndi onlar da “baş-başa” hücum etməyə çalışırlar, Bunu deyən Getman, Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə çoxlu sayda işğalçı məhv etdiklərini deyib: çünki ruslar “ət hücumlarına” başlayırlar.

...Onlar gizləndikləri bütün çatlardan çıxırlar. İşğalçılar ağır bombalardan və hava zərbələrindən istifadə etməyə başlayıblar - koks zavodu demək olar ki, tamamilə məhv edilib. Ona görə də müdafiəni qala kimi saxlamaq əvvəlki kimi rahat deyil, indi hər tərəf xarabalığa çevrilib.

Bunu da Getman bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə