Rus əsgərləri hərbi hissələri kütləvi şəkildə tərk edirlər

Rus əsgərləri hərbi hissələri kütləvi şəkildə tərk edirlər

Rusiya ordusu Ukraynada müharibəyə getmək istəmir. Onlar getdikcə daha çox hərbi hissə və bölmələri icazəsiz tərk edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı araşdırmaçı jurnalistlər hərbi hissəni icazəsiz tərk etmə ilə bağlı ən azı 4121 məhkəmə işi müəyyən ediblər.

Bu barədə Rusiyanın müxalif “Mediazona” nəşri yazır.

Verilən xəbərlərə görə, bölmələrindən qaçmış şəxslərin 4121 işindən 3470-i üzrə artıq məhkəmə hökmü çıxarılıb. Jurnalistlərin məlumatına görə, 2023-cü ilin iyun ayından etibarən Rusiya ordusunun qarnizon hərbi məhkəmələri bu cür işlərlə bağlı həftədə orta hesabla 100 hökm çıxarıb. Qeyd edilir ki, məhkumların pik həddi 2023-cü ilin avqustunda baş verib - 457 məhkumluq. Bu işlərin əksəriyyəti Moskva və Sankt-Peterburqda açılıb.

...Hərbi hissəni icazəsiz tərk etməklə yanaşı, məhkəmələrə əmrlərin yerinə yetirilməməsi ilə bağlı ən azı 317 iş və Rusiya qoşunlarından faktiki olaraq fərariliklə bağlı 96 iş daxil olub.

...Bölgəni icazəsiz tərk etmə hallarının əksəriyyəti şərti cəza ilə başa çatır və müqaviləli əsgərlər üçün belə qərarların payı 63 faiz, səfərbər edilmiş əsgərlər üçün isə bir qədər aşağıdır – 56 faiz.

Onu da qeyd edək ki, şərti cəza hərbçinin cəbhəyə qaytarılmasına imkan verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə