Sabiq müdafiə nazirinə 7 il həbs verildi

Sabiq müdafiə nazirinə 7 il həbs verildi

Küveyt Ali Məhkəməsi sabiq müdafiə və daxili işlər naziri Halid əl-Cərrah əl-Sabahın 7 il azadlıqdan məhrum edilməsi barədə hökm verib. SİA "Reuters"ə istinadən xəbər verir ki, sabiq nazir hərbi xərclərdən sui-istifadə etməkdə günahkar sayılıb.

Məhkəmənin hökmünə əsasən, anoloji ittihamla günahlandırılan sabiq Baş nazir Caber əl-Mübarək əl-Hamad əs-Sabah isə təyinatı üzrə xərclənməyən vəsaitləri geri qaytarmalıdır.

Hər iki şəxs ittihamları rədd edir.

Qeyd edək ki, sabiq müdafiə və daxili işlər naziri ilə sabiq Baş nazirə 2022-ci ilin martında bu ittihamlar üzrə bəraət verilib. Lakin Küveyt Prokurorluğunun apelyasiyası əsasında cinayət işi yenidən məhkəməyə qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə