Yaponiya və Cənubi Koreya Şimali Koreyanın orbitə kəşfiyyat peyki buraxmasını pisləyib

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın orbitə kəşfiyyat peyki buraxmasını pisləyib

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və onun cənubi koreyalı həmkarı Park Çin Pusanda danışıqlar zamanı noyabrın 21-də KXDR-in ilk kəşfiyyat peykini orbitə buraxmasını pisləyiblər. SİA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Nazirlər KXDR-in ballistik raketinin buraxılışını qətiyyətlə pisləyiblər. Hətta peykin buraxılması nəzərdə tutulsa belə, insident ballistik raket texnologiyasından istifadə ilə bağlı olub və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır", - deyə departamentin bəyanatında vurğulanır.

Görüş iştirakçıları Yaponiya, Cənubi Koreya və ABŞ-ın vəziyyətlə bağlı üçün sıx əməkdaşlığı davam etdirəcəklərini təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə