Türkiyədə qasırğa evləri dağıtdı

Türkiyədə qasırğa evləri dağıtdı

Türkiyənin cənub-qərbindəki Muğla vilayətinin Dalaman şəhəri güclü yağış və dolu ilə müşayiət olunan qasırğaya məruz qalıb. SİA xəbər verir ki, külək evlərin damını qoparıb, işıq dirəklərini, ağacları, zibil qablarını uçurub.

Qasırğa yerli zavodun bir neçə binasına da ziyan vurub.

Həlak olanlar və yaralananlar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə