Dağıstan rəhbəri Fələstindən ilk qaçqın qrupunun gəldiyini açıqlayıb

Dağıstan rəhbəri Fələstindən ilk qaçqın qrupunun gəldiyini açıqlayıb

Dağıstanın rəhbəri Sergey Melikov Fələstindən olan ilk qaçqınların respublikaya gəldiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, Telegram kanalında bildirib ki, artıq Dağıstana gələn 50-yə yaxın insan onların yaşaması üçün şərait yaradılan müvəqqəti yaşayış mərkəzinə göndərilir.

Məlikov, fələstinlilərin həyatının tənzimlənməsi ilə bağlı bütün məsələləri öz nəzarəti altına aldığını da bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Dağıstan rəhbəri Fələstindən olan qaçqınları, ilk növbədə qadın və uşaqları qəbul etməyə hazır olduğunu bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə