Almaniya ciddi dövlət böhranı içindədir

Almaniya ciddi dövlət böhranı içindədir

Bavariyanın baş naziri Markus Zeyder, bu gün Almaniyanın büdcə problemlərinə görə ağır dövlət böhranı yaşadığını deyib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “Bayerischer Rundfunk” radiostansiyası sitat gətirib.

Qeyd edək ki, Nürnberqdə keçirilən CSU seçki tədbiri zamanı Zeyder qeyd edib ki, Almaniyanın hazırkı hökuməti öz faydalılığını ötüb və onun yeri müxalifətdədir.

...Biz büdcədə fövqəladə vəziyyətdə deyilik, hökumətin fövqəladə vəziyyətindəyik.

Bavariyanın baş naziri deyib bunu.

Xatırladaq ki, bundan əvvəl Almaniya Maliyyə Nazirliyi büdcədən 60 milyard avronun çıxarılmasının dəhşətli nəticələrə səbəb olacağını bəyan etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə