Rusiya hərbçiləri bölücü xəttdə üç Gürcüstan vətəndaşını saxlayıblar
Rusiya hərbçiləri Qori bələdiyyəsinin Adzvi kəndi yaxınlığındakı ayırıcı xəttdə üç Gürcüstan vətəndaşını saxlayıblar.
SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Dövlət Təhlükəsizliyi Xidməti qeyd olunan hadisə ilə bağlı məlumat əldə edərək, Gürcüstanda Avropa İttifaqının Monitorinq Missiyasının (EUMM) bilavasitə iştirakı ilə fəaliyyət göstərən qaynar xətti aktivləşdirib. Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinin və beynəlxalq tərəfdaşların diqqətinə çatdırılıb.
Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının azad edilməsi üçün bütün mövcud mexanizmlərdən istifadə edilib. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı qüvvələrin üzərinə düşür”, - Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB