İsveçrə Ukraynaya 100 milyon avrodan çox yardım edəcək

İsveçrə Ukraynaya 100 milyon avrodan çox yardım edəcək

...İsveçrə Ukraynaya 100 milyon avrodan çox yardım köçürəcək. Vəsait minalardan təmizləmə və ərzaq üçün istifadə olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, “RBC-Ukrayna” bunu Ukrayna, Latviya prezidentləri və Litvanın baş naziri ilə birgə mətbuat konfransına istinadən xəbər verir.

Qeyd edək ki, bu barədə İsveçrə prezidenti Alen Berset bildirib.

...Biz Ukraynada humanitar minatəmizləməni prioritet hesab edirik və bu, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına birbaşa təsir göstərir. Biz 100 milyon İsveçrə frankı (103 milyon avrodan bir qədər çox – A.B.) məbləğində vergi paketi ayırmağa qərar verdik.

Berse bildirib ki, vəsait növbəti bir neçə il ərzində ayrılacaq.

...Bu, minalardan təmizləmə və məhsulların tədarükü aspektlərinin həllində iştirakımızı artıracaq, həmçinin Ukraynadan taxıl ixracını asanlaşdıracaq.

Yeri gəlmişkən, İsveçrə 1815-ci ildən neytrallıq siyasəti yürüdür. Belə ki, Bern müharibə üçün silahlarını vermir, başqa hərbi yardım göstərmir və silahlarının üçüncü ölkələrə təkrar ixracına icazə vermir.

Qeyd edək ki, bu, Ukraynadakı müharibəyə də aiddir. Ötən ilin fevralından İsveçrə Ukraynaya yalnız maliyyə və humanitar yardım göstərib.

Amma 2023-cü ilin mayında Bern Ukraynaya silah tədarük etməyə başladı. Bununla belə, parlamentin aşağı palatasında hərbi texnika ilə bağlı qanuna dəyişikliklərin qarşısı alınıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə