Ukraynada yanacaq təchizatı ilə bağlı problemlər yaranıb?

Polşanın blokadası səbəbindən..?
Ukraynada yanacaq təchizatı ilə bağlı problemlər yaranıb?

Ukraynanın aqrar siyasət nazirinin müavini Markiyan Dmitraseviç, Polşanın sərhəddəki keçid məntəqələrini blokadasına görə Ukraynanın yanacaq təchizatı problemi ilə üzləşdiyini bildirib.

Dmitraseviçin dediyinə görə, “yanacaq kimi vacib ehtiyatlarla bağlı problemlər” var.

O, hesab edir ki, dəmir yolu və dəniz daşımaları ukraynalı fermerlərə Polşa blokadası səbəbindən yaranan ixrac məhdudiyyətlərini kompensasiya etməyə imkan verəcək.

Qeyd edək ki, SİA bunu RİA Novosti-yə istinadən bəyan edir.

Xatırladaq ki, Polşa daşıyıcıları Avropa İttifaqının Ukrayna daşıyıcılarına verdiyi güzəştlərə görə Ukrayna ilə sərhəddə avtomobil keçid məntəqələrini bağlayıb.

“Ukrtruboprom” nəzarət-buraxılış məntəqələrinin blokadası digər Avropa ölkələrinə yayılacağı təqdirdə Ukraynanın cəbhə bölgələrində boru zavodlarının fəaliyyətini dayandıracağı ilə bağlı hədə-qorxu gəldiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə