...Ukraynanın almağa ümid etdiyi Amerika “F-16” qırıcıları Rusiya ilə müharibənin gedişatını dəyişdirə biləcək güclü silahlardır.
Qeyd edək ki, bir çox ukraynalı "asan" cavaba arxalanaraq, Ukrayna Silahlı Qüvvələrinə nə qədər belə təyyarə lazım olduğu ilə maraqlanır. Hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko qeyd edir ki, bu məsələ sadəcə statistikadan daha mürəkkəbdir.
“F-16”-nın Rusiya ilə müharibəyə təsirini başa düşmək üçün bu qırıcıların silahlanması mövzusu ilə bağlı ən azı daha 5 suala cavab verməlisiniz.
…Müharibənin gedişatını dəyişmək üçün Ukrayna Silahlı Qüvvələrinə nə qədər “F-16” qırıcısı lazımdır?” sualının cavabı yuxarıda göstərilən bütün məqamların cavabını bilmədən mövcud ola bilməz.
SİA-nın əldə etdiyi məlumata görə, bunu da Kovalenko qeyd edib.
-Təbii ki, təlimli pilotlar olmadan “F-16” təyyarələri havaya qalxmayacaq.
-“F-16”-ların hansı çeşidini Ukraynaya veriləcəyi hələ də cavabsız sualdır. Qeyd edək ki, bu təyyarələrin iki variant var: tam döyüş təyyarəsi və daha məhdud “F-16”.
-Bombaların modifikasiyası ilə bağlı suallar var.
-Ukraynanın “F-16” ilə birlikdə müəyyən raketlər alması vacibdir, bunlar veriləcəkmi?
-Tərəfdaşların məsləhətləri əsas məqamlardan biridir. Qərbin uzaqmənzilli radar aşkarlama aviasiyasının “Ukrayna” “F-16”-larına bütün bu uzaqmənzilli silahları Rusiya ordusuna yönəltməyə kömək edib-etməyəcəyi tam aydın deyil.
Maraqlıdır ki, Kovalenkonun etirafına görə, Ukraynanın yuxarıdakı suallara 100 faiz cavabı yoxdur, ona görə də “üstünlüklər” əldə etmək üçün Ukraynaya nə qədər “F-16” lazım olduğunu və cəbhənin onların varlığını hiss edib-etməyəcəyini mühakimə etmək çətindir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB