Argentinanın yeni prezidenti Xavyer Maylinin komandası BRİKS-ə qoşulmaq ideyası üzərində düşünür. Bu barədə TN telekanalı Maylinin partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
...Hazırda gələcək xarici işlər naziri Diana Mondinonun başçılıq etdiyi komandanın beynəlxalq bloku BRİKS-ə qoşulma yolunu tutmaq imkanlarını təhlil edir.
SİA-nın əldə etdiyi məlumata görə, mesajda belə deyilir.
Telekanalın iddiasına görə, Argentina BRİKS-ə qoşulma yolu ilə getsə, bu, çox da aktiv olmayan iştirakla həyata keçiriləcək.
Qeyd edək ki, əvvəllər Argentinanın BRİKS-ə daxil olmasının əleyhdarı olan ifrat sağçı siyasətçi Mayli Argentinada keçirilən prezident seçkilərində qalib gəlib. Argentinanın xarici işlər naziri postuna namizəd Diana Mondino da öz növbəsində ölkənin Çin və Braziliya hökumətləri ilə qarşılıqlı əlaqəni dayandıracağını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB