Finlandiyada mitinqlər olub. Etirazçılar Rusiya ilə sərhədin bağlanmasına etiraz ediblər.
SİA “İzvestiya” qəzetinə istinadən yazır ki, “Finlandiyada Rusiya Federasiyası ilə sərhəd bağlandığı üçün insanlar etiraz aksiyası keçiriblər”.
Deyilənlərə görə, etiraz aksiyaları Tampere və Helsinkidə təşkil olunub.
Aksiya iştirakçıları əllərində “Konstitusiyanı unutmayaq”, “Mən nənəmi görmək istəyirəm”, “Bütün insanlar bərabərdir”, “Hər kəsin köçmək hüququ var” və digər yazılar olan plakatlar qaldırıblar.
Finlandiya sakinlərinin çoxunun Rusiyada qohumları var, ona görə də quru keçid məntəqələrinin bağlanması ailələrin ayrılmasına səbəb olub.
Qəzet belə qənaətə gəlib ki, Finlandiya sakinləri və ruslar yeni il və Milad bayramlarını sərhədin bağlı olması səbəbindən ziyarət etmək mümkün olmadığı üçün ailələri ilə birlikdə qeyd edə bilməyəcəklər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB