Fransada yanğın, ölən və yaralananlar var

Fransada yanğın, ölən və yaralananlar var

Fransanın paytaxtı Parisin Stains məhəlləsindəki binada baş verən yanğında 3 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Sena-Saint-Denis valiliyindən verilən yazılı açıqlamaya görə, gecə saatlarında Stainsdəki bir binada naməlum səbəbdən yanğın baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, biri yanğınsöndürən olmaqla 8 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə