Almaniyanın xarici işlər naziri Annalena Berbok, Ukraynanın yaxın gələcəkdə Avropa Birliyinin bir hissəsi olacağını deyib.
SİA-nın əldə etdiyi məlumata görə, Berbokun bəyanatı şənbə günü Berlində minlərlə insanın iştirak etdiyi mitinq fonunda - Kiyevə silah tədarükünə qarşı və Rusiya ilə danışıqların lehinə səslənib.
Karlsruedə Yaşıllar Partiyasının konfransında Berbok Ukraynanın birliyə qoşulacağı təqdirdə Avropa İttifaqının güclənəcəyini bildirib.
...Belə bir addım Brüsselin “geosiyasi maraqlarına” uyğun olardı. “Buna görə də biz Ukraynaya dəstəyimizi nəinki davam etdirəcəyik, həm də onu artıracağıq”, - Berbok bildirib.
Yeri gəlmişkən, bu arada bu gün Berlində bir neçə min insan Brandenburq darvazasının qarşısına toplaşıb. “Deutschlandfunk” xəbər verir ki, onlar NATO-nun militarist mövqeyinə və Kiyevə silah verilməsinə qarşı aksiya keçirirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB