Ukraynaya hərbi gəmilər veriləcək...

Ukraynaya hərbi gəmilər veriləcək...

Tərəfdaş ölkələr Qara dənizdəki “taxıl dəhlizi” çərçivəsində gəmilərin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmiləri Ukraynaya təhvil verəcəklər. Razılaşmalar əldə olunub, gəmilərin qəbulu yaxın gələcəyin işidir. SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Kiyevdə keçirilən “Ukraynadan taxıl” konfransında o, “taxıl dəhlizi”nin işinin bu ilin ən böyük nailiyyətlərindən biri olmasından danışıb. Ukrayna onun davamlı fəaliyyətini təmin etmək üçün hərbi gəmilər alacaq.

...Biz tərəfdaşlarımızla razılığa gəldik və gəmilərin təhlükəsizliyini təmin etmək üçün dənizdə onları müşayiət edəcəyik.

... Odessa hava hücumundan müdafiə sistemləri ilə daha yaxşı qorunacaq.

Bunu deyən Vladimir Zelenski, gəmilərin təhvil verilməsi yaxın gələcəyin işidir, artıq tərəfdaşlarla razılıq əldə olunduğunu da əlavə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə