“Rus dünyası”nın əslində nə olduğunu görənlər, qarşı tərəfə keçirlər...

“Rus dünyası”nın əslində nə olduğunu görənlər, qarşı tərəfə keçirlər...

...Vaxtilə Moskvaya sadiq olan ukraynalılar, “rus dünyasının” əslində nə olduğunu gördükdən sonra indi Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Ukraynaya qarşı döyüşən “Rusiç” neonasist qruplaşmasının keçmiş lideri Aleksey Milçakov deyib.

Qeyd edək ki, o, rusiyalı təbliğatçılara müsahibəsində yüksək səslə çıxış etməkdən də çəkinməyib.

...Neonasist Milçakov deyir ki, Moskvanın Ukraynanın işğal olunmuş ərazilərini qafqazlıların ixtiyarına verdiyini görən tanışlarından biri, “Donetsk Xalq Respublikası” yaraqlılarının Ukrayna ordusu tərəfə keçməsindən şikayətlənib.

Milçakov, Kremli insanların Yaxın Şərqdən Rusiyaya axışına imkan verən “milli siyasətinə” görə tənqid edib.

Onun iddiasına görə, işğal olunmuş ərazilərdəki yerliləri, xüsusən də qadınları ən çox "incidən”(?) Cənubi Qafqazdan gətirilən döyüşçülərdir.

...Ramzan Kadırovun Odessanın Çeçenistana birləşdiriləcəyini deyəndə ukraynalıların reaksiyasına baxın. Sizcə, odessalılar buna sevinirdilərmi? Təbii ki, bu, onları yalnız silaha sarılmağa təhrik etdi.

Xatırladaq ki, bunu deyən Milçakov, 2014-cü ildən Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı döyüşür. Maraqlıdır ki, o, açıq şəkildə özünü nasist adlandırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə