Rusiya Federasiyasının Dövlət Duması rusları “ləğv etməyi” təklif edir..?
...Rusiya Dövlət Dumasının deputatı Sultan Xamzayev Rusiya Federasiyasında rus xalqının statusunu müəyyən edən federal qanunun qəbulunu təklif edib. Onun fikrincə, terminologiyaya yenidən baxılmalı və “Rusiya Federasiyasının çoxmillətli xalqı” anlayışı “Rusiya Federasiyasının rus xalqı” anlayışı ilə əvəz edilməlidir.
SİA bunu RİA Novosti-yə istinadən bildirir.
…Rusiyada bir çox millət, ancaq bir xalq var. Bütün milli qrupları özündə birləşdirən rus xalqı…
Qeyd etdiyimiz kimi bunu dağıstanlı parlamentar Султан Хамзаев deyir.
Onun sözlərinə görə, Rusiya cəmiyyəti artıq belə bir qanunvericilik konsepsiyasını tətbiq etmək üçün kifayət qədər yetkindir.
Deputat vurğulayıb ki, rus xalqının tərkibində təkcə slavyanlar deyil, həm də Dağıstan, Tatarıstan, Çeçenistan, Başqırdıstan, Udmurtiya, Yakutiya kimi milli respublikaların nümayəndələri də var.
Həmzəyev “çoxmillətli” ifadəsinin işlədilməsinin SSRİ-nin dağılmasından sonra başlayan “söz oyununun” nəticəsi olduğu fikrini ifadə edib. Onun sözlərinə görə, “rus xalqı” anlayışının tətbiqi həm gündəlik həyatda, həm də hökumət strukturları səviyyəsində bu kimliyin şərhində təhriflərin qarşısını alacaq.
Xamzayevin dediyinə görə, ruslar Yeltsinə bənzəyirlər... Əgər Dağıstanda biz bir-birimizlə, məsələn, darginlərlə, kumıklarla belə rusca danışırıqsa, onda biz necə birləşmiş xalqıq? Deməli, qlobal olaraq - rus.
Dağıstanda mən avaram. Moskvada mən dağıstanlıyam. Xaricdə mən rusiyalıyam , deyən deputat hesab edir ki, Rusiyanın bütün vətəndaşlarını “rus dünyası” icması birləşdirir.
Xatırladaq ki, hələ 2018-ci ildə Rusiya prezidenti Vladimir Putin rus xalqını dövlət qurucusu adlandırmışdı. Belə ki, Rusiyanın sağ qalmasını, o cümlədən rus xalqının maraqlarına uyğun olmasını istəyən Putin, əsl millətçi olduğunu da gizlətməmişdi.
Doğrudan da, iki il sonra, Konstitusiyaya dəyişikliklərin son günündə orada rus xalqının dövlət qurucuları kimi qeyd edilməsi göründü, lakin bu, birbaşa deyildi…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB