Belçikanın Şarlerua şəhərində qəbiristanlığın yəhudilər dəfn edilən hissəsində 85 məzar daşı vandallar tərəfindən murdarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər bürünc dekorativ elementləri, Davudun ulduzlarını və digər simvolları oğurlayıblar.
“Vandalların seçdiyi yer və qəbir daşlarından çoxlu David Ulduzlarının oğurlanması bu hərəkətin antisemit xarakteri ilə bağlı heç bir şübhə yeri qoymur”, – Şarleruanın meri Paul Magnette deyib.
Mer hücum edənlərin hərəkətlərini qətiyyətlə pisləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB