Zibillikdə tapılan insan sümüklərinin 3 ildir itkin düşən 33 yaşındakkı Hakkı Gençoğluna aid olduğu müəyyən edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Trkiyənin Aydın şəhərində baş verib.Sümüklər Gençoğlu ailəsinə təhvil verilib və dəfn edilib. Kişinin ölümü ilə bağlı jandarma istintaq başladıb.
Belə ki, Hakkı Gençoğlu 22 dekabr 2020-ci il tarixində Germencikdəki böyük bacısını ziyarətə gedib. Şəxş bacısı ilə görüşdükdən sonra qardaşı oğlu və dostu ilə zeytun yığmaq üçün bağa gedib. Bağın o tərəfindəki ağaclarda zeytun olub-olmadığını görmək üçün axşam qayıdacağını deyən kişi uzun müddət geri qayıtmayıb. Onun geri dönməyəndə qardaşı oğlu və dostu ailəsinə xəbər verib. Ailə gecə saatlarına qədər axtarsa da, heç bir nəticə əldə olunmayıb. Hakkı Genşoğlunun itkin düşdüyünü jandarmaya xəbər veriblər. Jandarma və AFAD qruplarının iştirakı ilə bölgədə genişmiqyaslı axtarış aparılıb. Ancaq Gençoğlunun izinə rast gəlinməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB