Barselona Şəhər Şurası Qəzzada qəti atəşkəs elan olunana və əsas təhlükəsizlik təmin olunana qədər İsraillə bütün institusional əlaqələrin dayandırılması qərarını təsdiqləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qərarda Fələstin xalqının hüquqları və Birləşmiş Millətlər Təşkilatının qətnaməsi vurğulanıb. Mühafizəkar və ifrat sağçı partiyalar təklifə “yox” səsi versə də, digər partiya məclis üzvlərinin səsi ilə təklif qəbul edilib.
Qanun layihəsində həmçinin Qəzza zolağında Fələstin mülki əhalisinin kifayət qədər yanacaq, qida, su, dərman, tibbi ləvazimat və avadanlıq əldə etməsinə təminat verəcək humanitar dəhlizlərin yaradılması tələb olunur. Qəbul edilən təkliflə İsraillə müqavilələrdə beynəlxalq humanitar hüquqa zidd olan bütün maliyyə və ya iqtisadi əməliyyatların həyata keçirilməyəcəyi vurğulanıb. Həmçinin Fələstin torpaqlarının işğal olunduğu, müstəmləkə edildiyi və Fələstin xalqının ən elementar hüquqlarının yerinə yetirilmədiyi, ədalətli və davamlı sülhün bərqərar olması qarşısındakı bu əsas maneələrin aradan qaldırılması lazım olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB