İspaniyanın baş naziri Fələstini tanıyacaqlarına işarə edib

İspaniyanın baş naziri Fələstini tanıyacaqlarına işarə edib

Belçikanın baş naziri Alexander De Croo və İspaniyanın baş naziri Sançes dünən İsrail və Fələstində keçirdikləri görüşlərdən sonra Misirdə danışıqlar aparıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Misirdə mətbuata açıqlama verən Sançez İspaniyanın qısa müddətdə Fələstin dövlətini tanıyacağına işarə edib: "Beynəlxalq ictimaiyyətin və Avropa İttifaqının Fələstin dövlətini tanımasının vaxtıdır. Bu, dəyərli və əhəmiyyətli bir şeydir. Bunu AB ilə birlikdə etməliyik, lakin Aİ Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını versin” - deyib.

Keçən həftə İspaniya parlamentində hökumətinin etimad səsverməsi sessiyasındakı çıxışında Sançes yeni qurulan hökumətin prioritetlərindən birinin Fələstin dövlətinin tanınması olacağını bildirib. Dünənki görüşündə bu fikri İsrailin baş naziri Binyamin Netanyahuya çatdıran Sançez, həmçinin İsrailin özünü müdafiə etmək hüququ olduğunu, lakin Qəzzada baş verən humanitar fəlakətin də təcili olaraq dayandırılmalısının vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə