Kanada və Aİ Çinə qarşı çıxdı

Kanada və Aİ Çinə qarşı çıxdı

Kanada və Avropa İttifaqı (Aİ) Çin Xalq Respublikası (ÇXR) ilə konstruktiv və sabit münasibətlərin tərəfdarıdır və Tayvan ətrafındakı vəziyyəti zorla dəyişdirmək cəhdlərinə qarşıdır. SİA xəbər verir ki, bu barədə Şimali Amerika ölkəsinin Sent-Cons şəhərində (Nyufaundlend və Labrador əyaləti) başa çatmış Kanada – Avropa İttifaqı sammitinin yekun bəyanatında bildirilib.

“Biz Çinlə konstruktiv və sabit əlaqələr qurmağa, o cümlədən qlobal məsələlərdə əməkdaşlıq etməyə hazırıq”, – sənəddə nəql edilib.

Xüsusilə, Ottava və Brüssel Pekin ilə iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi, ictimai sağlamlıq və pandemiyaya hazırlıqla bağlı əməkdaşlığa hazırdır.

“Biz Tayvan boğazında gərginliyin artması ilə bağlı hələ də ciddi narahatıq. Status-kvonun güc və ya məcburetmə yolu ilə dəyişdirilməsinə yönəlmiş hər hansı birtərəfli cəhdlərə qəti şəkildə qarşıyıq. Biz Tayvan boğazının hər iki tərəfində sülh və sabitliyin vacibliyini vurğulayır və Tayvan boğazı ətrafındakı problemin sülh yolu ilə həllinə çağırırıq”, – bəyanatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə