Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirməyə və müxtəlif sahələrdə Ukraynaya dəstək verməyə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa Şurasının sədri Şarl Mişel Kanadanın baş naziri Castin Trüdo və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Kanadada keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Biz Ukraynanı dəstəkləyirik və nə qədər lazımdırsa, onu dəstəkləyəcəyik”, - deyə İnterfaks Mişelin bəyanatından sitat gətirir.
Avropa Şurasının rəhbəri Ukraynanı dəstəkləmək üçün “Avropa İttifaqının gələcək tədbirlərinə nikbin baxdığını” bildirib və əmin edib ki, Avropa İttifaqı əlavə qərarlar qəbul etməyə, xüsusən də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.
O, həmçinin xatırladıb ki, Avropa İttifaqı artıq Ukraynaya müxtəlif sahələrdə ümumilikdə 83 milyard avro məbləğində yardım ayırıb.
Qeyd edək ki, burada söhbət digər məsələlərlə yanaşı, maliyyə və hərbi yardımdan gedir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB