Murmansk müsəlmanlarının öz məscidi olacaq. Belə ki, Dağıstan sakinləri qütb Murmanskda bina almaq üçün 10 milyon rubldan çox pul toplayıblar.
...Biz pul yığmağı başa çatdırdıq. Arktikanın ən böyük şəhərlərindən birində - Murmanskda ilk məscidin yaradılması üçün iki mərtəbəli binanın alınmasına sərf olunacaq 10 milyon rubl və burada şəhər sakinləri ibadət edə biləcəklər.
Müsəlmanlar üçün vacib olan cümə günü toplu namazına da toplana biləcəklər.
Fondun müraciəti ilə toplanan vəsaitdə Dağıstan və Rusiyanın digər regionlarının sakinləri də iştirak ediblər.
Yeri gəlmişkən, Murmansk təxminən 270 min əhalisi olan böyük bir şəhərdir. Burada əhalinin təxminən 25 mini müsəlmanlardır.
TASS xəbər verir ki, məhz şəhərin İslam təşkilatının nümayəndələri kömək üçün fonda müraciət edib, bundan sonra fond vəsait toplamağa başlayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB