Almaniya ukraynalıların yaşayış icazəsini uzadıb

Almaniya ukraynalıların yaşayış icazəsini uzadıb

Almaniya Daxili İşlər Nazirliyi Rusiyanın təcavüzündən qaçan və Almaniyada müvəqqəti müdafiə alan Ukraynadan olan qaçqınlar üçün yaşayış icazələrinin 2025-ci il martın 4-dək qüvvədə olacağını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin müvafiq qərarı cümə günü, noyabrın 24-də Almaniya Bundesratında təsdiqlənib.

Mesajda qeyd edildiyi kimi, sənədlərin etibarlılıq müddəti avtomatik olaraq uzadılacaq, bunun üçün heç bir ərizə təqdim etmək lazım olmayacaq.

Müvəqqəti mühafizənin daha da uzadılması üçün əsas Avropa İttifaqına Üzv Dövlətlərin qərarıdır.

...Bu dəhşətli müharibə davam etdikcə, biz Ukraynadan bir çox insanın həyatını qorumağa davam edəcəyik. Biz Ukraynanın tərəfində möhkəm dayanmağa davam edəcəyik.

Qeyd edək ki, Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib bunu.

Onu da qeyd edək ki, bu gün Almaniyada təxminən 1,1 milyon ukraynalı insan yaşayır. Onlardan 350 minə yaxını 18 yaşınadək uşaq və gənclərdir. Yetkin qaçqınların təxminən üçdə ikisini qadınlar təşkil edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə