Ukraynada hamı Rusiyaya qarşı mübarizənin tərəfdarıdır

David Araxamiya: “Gələn il Ukraynada parlament, yerli və ya prezident seçkiləri olmayacaq”
Ukraynada hamı Rusiyaya qarşı mübarizənin tərəfdarıdır

...Yaxın illərdə Ukraynada nə parlament, nə yerli, nə də prezident seçkiləri keçirmək imkanı olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, “RBC-Ukrayna” xəbər verir ki, bunu “Moseyçuk+” proqramının efirində Ukrayna Ali Radasındakı “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya deyib.

...Heç kim Ukraynanı seçki keçirməyə məcbur etmir, lakin vaxtaşırı bu məsələ ayrı-ayrı Qərb rəsmiləri tərəfindən gündəmə gətirilir.

Araxamiya bildirib ki, Ukraynanın bütün rəhbərliyi – həm hərbi, həm də siyasi – Rusiya Federasiyasına qarşı mübarizənin tərəfdarıdır.

...Niyə? Çünki biz indi danışıqlar masası arxasına əyləşə bilmərik. Ona görə ki, danışıqlardakı mövqeyimiz çox pisdir. Yəni indi biz danışıqlara getsək, necə deyərlər, oturduğumuz yerdə də qalacağıq. Sizcə, Ukrayna cəmiyyəti bunu qəbul edəcəkmi?

Araxamiyanın sözlərinə görə, bu gün ölkədə tam qələbədən başqa istənilən razılaşma referendumdan keçməlidir.

Yenə də onun sözlərnə görə, əgər kimsə nəyəsə imza atsa və bunun parlamentdə ratifikasiyaya ehtiyacı varsa, o zaman parlamentdə onlar sadəcə olaraq bir-birini öldürəcəklər. Çox qütblü fikirlər olacaq. Məncə, belə şeylər yalnız referendum yolu ilə edilməlidir.

Yeri gəlmişkən, ABŞ və Almaniya Ukraynanı Kiyevə birbaşa diplomatik təzyiq etmədən Rusiya ilə sülh danışıqlarına razı salmaq üçün strategiya hazırlayıb. Bu barədə “Bild”ə Almaniya hökumət dairələrindəki mənbələr məlumat verib.

Müttəfiqlər Kiyevi müharibədə qalib gəlmək üçün lazım olan silah və sursatla təmin etməsələr, Ukrayna istəmədən Rusiya ilə sülh danışıqlarına cəlb olunmaq riski ilə üzləşər.

Bu fikri isə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə