Mixail Kasyanov da satqınmış..?

…Siyasətçi Mixail Kasyanov xarici agentlərin reyestrinə daxil edilib. Rusiya Ədliyyə Nazirliyi. iddia edir ki, o, Rusiya Federasiyasının hakimiyyət orqanlarının işi haqqında yalan məlumatlar yaymaqla yanaşı, həm də Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb.

…Xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərlə yanaşı, o, fəaliyyəti ilə Rusiya Federasiyasının xarici və daxili siyasətini gözdən salmağa yönəlmiş Rusiyanın Müharibə Əleyhinə Komitəsinin üzvüdür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ədliyyə Nazirliyi bildirir.

Xatırladaq ki, iyunun 2-dən Rusiyanə tərk edən Mixail Kasyanov hazırda xaricdə yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə