Rusiyada 2022-ci ildə valideynlər 80 uşağı qətlə yetirib, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Federasiya Şurasında keçirilən “Açıq Dialoq” zamanı bildirib.
RBC xəbər verir ki, Lvova-Belova bu rəqəmi “çox ürpertici” adlandırıb. Ombudsman həmçinin son bir ildə yetkinlik yaşına çatmayanlara qarşı 100 mindən çox cinayətin törədildiyi statistik məlumatlara istinad edib.
Lvova-Belova vurğulayıb ki, 2018-ci ildən bəri cinsi toxunulmazlığa qarşı cinayətlərin sayı artıb və özü də bu halların yarısı ailə daxilində törədilib.
Onun sözlərinə görə, problemlə mübarizədə mühüm addım uşaq təhlükəsizliyi üzrə hərtərəfli strategiyanın qəbul edilməsidir. Nümunə kimi o, bəzi bölgələrdə fəaliyyət göstərən “yaşıl otaqları” göstərib.
Onlar psixoloqların, eləcə də uşaqla eyni otaqda olmayan müstəntiqlərin köməyi ilə “çevik formatda” hüquq pozuntularını müəyyən etmək üçün məlumat əldə etməyə imkan verirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB