Rusiya ilə Çin Krım körpüsünə alternativ sualtı tunel tikirlər?

Rusiya ilə Çin Krım körpüsünə alternativ sualtı tunel tikirlər?

Ölkələrin hökumətləri ilə əlaqəli olan rus və çinli iş adamları Kerç boğazı altında sualtı tunelin tikintisi ilə bağlı gizli danışıqlar aparıblar.

... Bu barədə nə məlumdur?

“The Washington Post”un məlumatına görə, danışıqlar çərçivəsində görüşlər oktyabrın sonunda baş tutub.

Moskva Ukrayna Silahlı Qüvvələri tərəfindən iki dəfə hücuma məruz qalan 18 kilometrlik Krım körpüsünün təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən layihəyə təşəbbüs göstərib. Qeyd edək ki, keçid Rusiya ordusunun təchizatı üçün mühüm logistik marşrutdur.

Onların Ukrayna kəşfiyyatı tərəfindən ələ keçirilən elektron məktubları göstərir ki, Çinin ən böyük tikinti şirkətlərindən biri layihədə iştirak etməyə razılıq verib və Çinin dəmir yolu tikinti korporasiyası CRCC “Krım regionunda dəmir yollarının və istənilən mürəkkəblikdə avtomobil yollarının tikintisini təmin etməyə hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu məlumatın təsdiqini Rusiya-Çin konsorsiumunun yaradılmasını göstərən sənədləri təqdim edən başqa mənbədən də alıb.

Hələlik Rusiya və Çin rəsmilərindən bu mövzu ilə bağlı heç bir şərh yoxdur.

Sualtı tunelin tikintisi nə qədər vaxt aparacaq, nə vaxt tikiləcək?

“The Washington Post”a müsahibə verən ekspertlər qeyd ediblər ki, tunelin tikintisi milyardlarla dollara başa gələcək. Və çox güman ki, bu, Ukraynada münaqişə bitdikdən sonra bitəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə